“Feliks səhv klubdadır və səhv adamla işləyir”

“Real”ın və Niderland milli komandasının sabiq futbolçusu Rafael Van de Vart “Atletiko”nun hücumçusu Joao Feliks haqda danışıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan keçmiş yarımmüdafiəçi, Madrid klubunun 20 yaşlı futbolçuya yaraşmadığını deyib:

“Feliks yaxşı futbolçudur, ancaq “Atletiko” ona yaraşmır. “Atletiko” Felikslə müqavilə imzalayanda Dieqo Simeonenin oyun tərzini dəyişəcəyini düşünmüşdüm. Ancaq sonra belə bir şey olmadığı ortaya çıxdı. Düzdür, futbolda qələbədən daha vacib heç nə yoxdur. Amma Simeone oyun tərzini Feliksə uyğunlaşdırmalı idi. Çünki belə istedadlı oyunçuya görə nəsə etməlisən.

“Atletiko” ya müdafiə, ya da əks hücumlarda oynayır. Düşünürəm ki, Feliks səhv klubdadır və səhv adamla işləyir”.

2019-cu ilin yayında 126 milyon avroya “Atletiko”ya keçən Feliks, bu mövsüm La Liqada 17 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button