“Real”ın Xames Rodriqes planı

İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Xames Rodriqeslə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” müqaviləsi gələn yay bitəcək kolumbiyalı futbolçunu bu yay satmağı planlaşdırır. Paytaxt təmsilçisi 28 yaşlı futbolçunun transfer qiymətini də müəyyənləşdirib. Daha əvvəl futbolçu üçün 50 milyon avro tələb edən “Real”, indi 25-30 milyon avro müqabilində Rodriqesi satmağa razıdır.  

Rodriqes 2014-cü ilin yayından “Real”ın şərəfini qoruyur. Onunla “Mançester Yunayted”, “Everton” və “Arsenal”ın maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button