“Çempion ola bilməsək, bu, həmin oyundakı səhvə görə olacaq” – Kroos

“Real”ın futbolçusu Toni Kroos açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan alman yarımmüdafiəçi, La Liqanın 35-ci turunun “Sevilya” ilə matçındakı hakim səhvinin çempionluq yarışına təsir etdiyini bildirib:

“Hakimlər haqda nadir hallarda danışıram. Ancaq “Sevilya” ilə matçda verdikləri qərarla razılaşmıram. Bu oyunun nəticəsi çempionluq yarışına ciddi şəkildə təsir etdi. Həmin anda çox əsəbiləşmişdik. Oyundan sonra baş məşqçimiz Zinəddin Zidan da ona səhvini dedi. Çempion ola bilməsək, bu, həmin oyundakı səhvə görə olacaq”.

“Real”ın “Sevilya” ilə 2:2 hesabıyla bərabərə qaldığı matçda “kral klubu”nun futbolçusu Kərim Benzema oyunun 75-ci dəqiqəsində cərimə meydançasında qapıçının müdaxiləsindən sonra yerdə qalmış, ancaq hakim penalti təyin etməmişdi. “Real” həmin matçda qələbə qazancağı halda, liderliyə yüksələcəkdi.

Hazırda La Liqada sona bir tur qalmış “Atletiko” liderdir. “Real” “Atletiko”dan iki xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button