“UEFA və FİFA əvvəlcə bu məsələni həll etməlidir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti dünya çempionatının iki ildən bir keçirilməsi mövzusu haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ançelotti, sıx qrafikdən şikayətlənib:

“Problem iki ildən bir dünya çempionatı təşkil etmək deyil. Oyun proqramlarında problem var. Mövsüm ərzində heç kimə lazım olmayan oyunlara çıxırıq. Futbolçular sıx qrafikdədir. UEFA və FİFA əvvəlcə bu məsələni həll etməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button