“Real”ı tərk edəcəyi gözlənilən 3 futbolçu

Cari mövsümün sonunda bir neçə futbolçu “Real”ın sıralarını tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Komandanı tərk edəcəklər siyahısında Lukas Vaskesin də adı var. “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun ehtimal olunan transferindən sonra onun komandada yeri olmayacaq.

Bundan əlavə, müdafiəçi David Alaba və yarımmüdafiəçi Luka Modriç “kral klubu”nu tərk edə bilər. Madridlilərin avstriyalı futbolçunun zədəsinin sağalma müddətinə görə şübhələri var. Həmçinin, xorvatiyalı oyunçunun müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı tərk edə bilər.

“Real” İspaniya çempionatının turnir cədvəlində 63 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button