
“Real” xal itirdi, günahı yenə hakimlərdə gördü
“Real”ın televiziya kanalı La Liqanın hakimlik idarəçiliyini sərt tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanal La Liqanın 31-ci tur matçında “Jirona” ilə 1:1 hesablı heç-heçədən sonra hakim qərarlarına etirazını bildirib.
Verilişdə əsas diqqət VAR sistemində köməkçi hakim kimi çalışan Daniel Trujillo Suarezin fəaliyyətinə yönəlib. Bildirilib ki, “Real”ın hücumçusu Kilian Mbappe oyunun 68 və 88-ci dəqiqələrində cərimə meydançasında yıxılsa da, hakim Xavyer Alberola Rojas heç bir qayda pozuntusu qeydə almayıb.
Kanalın efirində Trujillo Suarez haqqında sərt ifadələr işlədilərək, onun əvvəlki matçlardakı qərarları da tənqid olunub. Həmçinin, La Liqada hakimlik strukturuna cavabdeh olan Fran Soto da hədəf alınıb.
Sonda vurğulanıb ki, “Real TV” La Liqa rəhbərliyini klubun nüfuzunu zədələməkdə ittiham edir və bunu “gülünc” adlandırır.
Bizi Facebook-da izləyin



