“Real”dan Kloppa zəng edilib?

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp ona “Real”dan zəng edilib-edilməməsi sualına cavab verib. Xabi Alonsonun istefasından sonra madridlilər “sükan”ı Alvaro Arbeloaya tapşırıb.

Komanda.az “Servus TV”-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis zəngin gəldiyini bildirib:

“Telefonuma zəng gəldi? Bəli, gəldi – amma birbaşa Madriddən yox. Bir neçə nəfər mənimlə birbaşa əlaqə saxladı və mən onlara fərqli emojilərlə cavab verdim. Alonsonun getməsi məni təəccübləndirdi”.

Klopp hazırda “Red Bull” futbol sistemində fəaliyyət göstərir. O, “Liverpul”u 2015–2024-cü illər arasında çalışdırıb və bu dövrdə klub böyük uğurlar qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button