“Real”dan daha bir futbolçu ilə yeni müqavilə

“Real” futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.

Komanda.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

“Real”ın yetirməsi olan Naço 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA superubokunun 3 dəfə La Liqanın, 5 dəfə Klublararası dünya çempionatının, 2 dəfə İspaniya kubokunun, 4 dəfə İspaniya superkubokunun qalibi olub.

“Real” daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button