“Real”da Hazard sevinci

İspaniyanın “Real” klubunun zədəli futbolçusu Eden Hazardın vəziyyətinə aydınlıq gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Zinəddin Zidan məlumat verib. O, belçikalı futbolçunun məşqə başladığını və vəziyyətində müsbət irəliləyişlərin olduğunu bildirib. Zidanın sözlərinə görə, 30 yaşlı futbolçu gələn həftədən etibarən komanda ilə birlikdə məşqlərə qoşula biləcək.

Sol ayağından zədələnən Hazard bir müddətdir yaşıl meydanlardan kənarda idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button