“Real”ın futbolçuları çempionluğa inanmırlar

“Real”ın “Xetafe” ilə matçda gözlənilməz məğlubiyyəti (0:1) komandada mənfi atmosferlə bağlı müzakirələri yenidən alovlandırıb.

Madrid təmsilçisi öz meydanında xal itirməklə çempionatın lideri olan “Barselona” ilə xal fərqini azaltmaq şansını qaçırıb. Kataloniyalılar 26 turdan sonra turnir cədvəlində “kral klubu”nu 4 xal qabaqlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın futbolçuları La Liqa yarışında komandanın çempionluq şanslarına çox bədbin yanaşır və artıq “Barselona”nı qabaqlaya biləcəklərinə inanmırlar. Oyunçular martın 2-dəki məğlubiyyətdən sonra özlərini “tamamilə aciz” hiss ediblər.

Komandada baş məşqçi Alvaro Arbeloaya inamın da yüksək olmadığı qeyd olunur. O, klub daxilində daha çox müvəqqəti seçim kimi qəbul edilir və komandanı motivasiya etməkdə çətinlik çəkdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button