Vinisiusla yeni müqavilə imzalanacaq

“Real” hücumçusu Vinisius Juniorla yollarını ayırmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Kral klubu”nun rəhbərliyi braziliyalı futbolçu ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib. Madridlilər yeni sözləşməni 2026-cı il dünya çempionatının startına qədər rəsmiləşdirməyi planlaşdırır. Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Vinisiusun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. 25 yaşlı forvard cari La Liqa mövsümündə 30 oyunda meydana çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Real” rəhbərliyi həmçinin, hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Çud Bellingemlə bağlı da strateji qərarlarını müəyyənləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button