
“Real” onun qiymətində 30 milyon avro endirim edib
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer dönəmində klubdan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı futbolçunu satmaq ehtimalını nəzərdən keçirir və onun üçün tələb olunan məbləği azaldıb.
“Real” artıq Kamavinqa üçün 50 milyon avro civarında təklifləri qəbul etməyə hazırdır. Bundan əvvəl isə Madrid təmsilçisinin onu ən azı 80 milyon avroya satmağa hazır olduğu bildirilirdi.
Kamavinqa “Real”a 2021-ci ildə “Renn”dən transfer olunmuşdu və onun müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Fransalı yarımmüdafiəçi 2025/26 mövsümündə 43 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



