“Real” ilk dəfə fərqlənə bilmədi

“Real” İspaniya La Liqasının 14-cü turunda “Real Sosyedad”la qarşılaşıb (0:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” cari mövsüm bütün yarışlar daxil olmaqla, ilk dəfə bir matçda qol vura bilməyib.

“Real” matç ərzində “Real Sosyedad”ın qapısına 20 zərbə endirsə də, onlardan yeddisi hədəfə istiqamətlənib.

Karlo Ançelottinin yetirmələri bu qarşılaşmadan sonra 42 xal toplayaraq İspaniya La Liqasının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi “Barselona”dan 5 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button