“Real” Benzema ilə bağlı qərar verdi – rəsmi

“Real” klubu futbolçusu Kərim Benzemanın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, “kral klubu” 31 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

2009-cu ildən “Real”da forma geyinən Benzemanın əvvəlki müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

Fransız hücumçu bu mövsüm La Liqada 11 oyunda 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button