
“Real” Fransa millisinin müdafiəçisi ilə maraqlanır
Fransa millisinin və “Liverpul”un sabiq müdafiəçisi İbrahima Konate karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, “Real” 26 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir. Bununla belə, Madrid təmsilçisi hələlik onun transferi ilə bağlı konkret addım atmayıb.
Konatenin “Liverpul”dan ayrıldığı daha əvvəl rəsmən açıqlanıb. Fransalı müdafiəçi 2021-ci ildən Mersisayd klubunun şərəfini qoruyurdu.
O, 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 36 oyunda meydana çıxıb və 1 qol vurub.
“Real” müdafiə xəttini gücləndirmək variantlarını nəzərdən keçirir və Konate bu siyahıda yer alan futbolçulardan biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



