“Real” “Bayern”in futbolçusu ilə danışıqları bərpa edib

“Bayern”in müdafiəçisi Alfonso Deyvis “Real”ın maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun nümayəndələri yeni müqavilənin şərtləri ilə bağlı “Bayern”lə razılaşmayan kanadalı futbolçu ilə danışıqları bərpa ediblər.

Deyvislə “Bayern” arasında müqavilə gələn ilin yayında başa çatır. Danışıqlar zamanı “Real” Münhen klubunun futbolçu üçün tələb etdiyi 50 milyon avronu ödəməyəcəklərini açıq şəkildə bildirib.

İspaniya klubu futbolçunu sərfəli şərtlərlə transfer etməyə hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button