“Real” “Barselona”dan qisasını ala biləcək? – Afişa

Bu gün İspaniya La Liqasında 26-cı tura start veriləcək.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. “Rayo Valyekano” doğma azarkeşləri önündə “Jirona”nı qəbul edəcək.

“Atletiko” bu turda çətin “Real Sosyedad” səfərinə yollanacaq.

26-cı turun mərkəzi görüşü Madriddə keçiriləcək. “Real” öz meydanında “Barselona” ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar arasında bir neçə gün əvvəl keçirilən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” “Real”ı 3 cavabsız qolla məğlub edərək, finala vəsiqə qazanmışdı. Öz meydanında darmadağın olan Madrid təmsilçisi bu matçda qisas almağa çalışacaq.

İspaniya La Liqası, 26-cı tur

1 mart

00:00 Rayo Valyekano – Jirona

2 mart

16:00 Espanyol – Valyadolid
19:15 Vilyarreal – Alaves
21:30 Hueska – Sevilya
23:45 Real – Barselona

3 mart

15:00 Eybar – Selta
19:15 Betis – Xetafe
21:30 Real Sosyedad – Atletiko
23:45 Valensiya – Atletik

4 mart

00:00 Leqanes – Levante

Bombardir: Lionel Messi (Barselona) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button