Ranyeri rəsmən İtaliya klubunda

İtaliyanın “Sampdoriya” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin baş məşqçi postu Klaudio Ranyeriyə həvalə olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə 2021-ci ilin yayınadək müqavilə imzalanıb.

Ranyeri “Sampdoriya”da bir neçə gün öncə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib. Hansı ki, onun rəhbərliyi altında komanda A Seriyasının cari mövsümündə keçirdiyi 7 oyunun 6-da məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, Ranyerinin son iş yeri müvəqqəti çalışdırdığı “Roma” olub. Onun yeni komandasındakı debüt matçı da doğulduğu Roma şəhərinin eyniadlı təmsilçisinə qarşı olacaq.

“Sampdoriya” Ranyerinin karyerasında çalışdıracağı 17-ci komanda olacaq. 68 yaşlı mütəxəssis indiyə qədər “Vigor Lamezia”, “Puteolana”, “Kalyari”, “Napoli”, “Fiorentina”, “Valensiya” (iki dəfə), “Atletiko” (Madrid), “Çelsi”, “Parma”, “Yuventus”, “Roma” (iki dəfə), “İnter”, “Monako”, Yunanıstan yığması, “Lester Siti”, “Nant” və “Fulhem”də baş məşqçi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button