“Ramil Şeydayev üçün darıxacam” – “Qarabağ”ın futbolçusu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağının dəqiqləşdiyi haqda xəbər vermişdik. Onun illik 1 milyon dollar maaş müqabilində Asiya ölkəsinə – Tailandın “Buriram Yunayted” klubuna yollanacağı gözlənilir.

Bununla bağlı “Qarabağ”ın ın yarımmüdafiəçisi Elvin Cəfərquliyev Komanda.az-a fikirlərini bölüşüb:

“Komandadan futbolçu ayrılanda heyətdə yer alan digər futbolçular pis olur. Ramil üçün darıxacam. O, oyunu ilə komandaya çox fayda verib. Onun gedişinin bizim üçün mənfi cəhətləri olacaq. Amma inanıram ki, karyerası üçün ən yaxşı qərarı verəcək. Onun seçiminə hörmətlə yanaşıram. Futbolda belə şeylər olur: bu gün burdasan, sabah isə başqa klubda”.

Xatırladaq ki, “köhlən atlar”la sözləşməsi iyunun 30-da sona çatacaq Şeydayev Ağdam təmsilçisindən getməyi düşünür.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button