Rakitiç milli karyerasını başa vurdu

İspaniyanın “Sevilya” klununun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub.

Məlumatı millinin mətbuat xidməti açıqlayıb. Təcrübəli futbolçu millidən ayrılmasını “karyerasındakı ən çətin qərar” adlandırıb.

Rakitiç 2007-ci ildən Xorvatiya seçməsində çıxış edirdi. Bu forma ilə 106 oyun keçirən futbolçu 15 qol vurub. O, 2018-ci il dünya çempionatında gümüş medal qazanıb.

2014-cü ildən “Barselona”nın uğurları üçün çalışan Rakitiç, bu yay Kataloniya təmsilçisini əvvəlki klubu “Sevilya”ya dəyişib. O, daha öncə “Bazel” və “Şalke”nin də uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button