Rəşad Nəbiyev “Böyük Dəbilqə”də 7 medal qazanan cüdoçuları təbrik etdi

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib.

Komanda.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

“Böyük Dəbilqə”də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button