
Qvardiola: “Hər zamankindən daha sakitik”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionluq mübarizəsində vəziyyətin gərgin olmasına baxmayaraq, sakit olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis turnir cədvəlindəki vəziyyətdən narahat olmadığını deyib:
“Tamamilə yox! Keçən mövsüm daha çox gərgin idim, ciddi təzyiq var idi… İndi isə “Arsenal”a qalib gəlsək də, hər zamankindən daha sakitik”.
“Mançester Siti” son turda evdə “Arsenal”ı 2:1 hesabı ilə məğlub edərək, çempionluq yarışını daha da qızışdırıb.
“Şəhərlilər” hazırda Premyer Liqada 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Arsenal”ın isə 70 xalı var, ancaq londonlular bir oyun artıq keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



