Qurban Qurbanov Məmmədyarovun tədbirinə dəvət aldı

Şəhriyar Məmmədyarov master-klass keçəcək.

Komanda.az xəbər verir ki, tədbir Məmmədyarovlar Şahmat Məktəbində baş tutacaq.

Mayın 17-də keçiriləcək master-klass saat 09:30-da başlayacaq. Tədbir çərçivəsində Şəhriyar öncə iştirakçılarla tanış olacaq, onlara uğur qazanmağın yollarını göstərərək, tövsiyələrini verəcək. 7 saat davam edəcək görüş çərçivəsində iştirakçıların da suallarını cavablandıracaq Məmmədyarov, debütü, şahmatdakı problemlər haqda da danışacaq. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da tədbirə dəvət alıb. 50 yaşlı mütəxəssis Məmmədyarovun master-klassında fəxri qonaq olacaq.

Ödənişli master-klassın ikinci hissəsi nahardan sonraya təsadüf edəcək. Şəhriyar iştirakçılarla blits seans keçirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button