Qovsalar, 15 milyon avro ödəyəcəklər

PSJ bu mövsümün sonunda müqaviləni ləğv etmək istəsə, baş məşqçi Maurisio Poçettinoya 15 milyon avro təzminat ödəməli olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, argentinalı mütəxəssis istefa vermək fikrində deyil.

Onun klubla 2021-ci ilin yanvarında bağlanmış müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.

Bir müddət əvvəl Poçettinonun “Mançester Yunayted”ə rəhbərlik edə biləcəyi barədə məlumat yayılmışdı, lakin “qırmızı şeytanlar” Erik ten Haqla anlaşdı.

Bizi Telegramda izləyin