Qattuzo La Liqa klubunda – rəsmi

Cennaro Qattuzo “Valensiya”nın yeni baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Qattuzonun son klubu 2021-ci ilin may ayının sonunda “sükanı arxasına” keçdiyi “Fiorentina” olub. Lakin rəhbərliklə fikir ayrılığı səbəbindən o, iyunun ortalarında komandadan ayrılıb.

Qattuzo daha əvvəl “Palermo”, “Milan” və “Napoli” kimi klublarda çalışıb.

“Valensiya”nın əvvəlki baş məşqçisi Xose Bordalas idi. O, iyunun 3-də komandadan ayrılıb.

Bizi Telegramda izləyin