“Qarabağ”ın rəqibi baş məşqçi postuna onun namizədliyini nəzərdən keçirir

“Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoqlu “Liverpul”un potensial yeni çalışdırıcısı kimi nəzərdən keçirilir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, klub rəhbərliyi avstraliyalı mütəxəssisin namizədliyini dəyərləndirir.

Hazırkı baş məşqçi Arne Slot uğursuz nəticələrə baxmayaraq, hələ də rəhbərliyin müəyyən etimadını qoruyur. Ancaq komandanın vəziyyəti yaxşılaşmasa, niderlandlı mütəxəssis istefaya göndərilə bilər. O, ötən ilin yayında “Liverpul”un “sükanı arxasına” keçib və onun rəhbərliyi altında komanda Premyer Liqanın son mövsümündə çempion olub.

“Qırmızılar” son qarşılaşmada UEFA Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə uduzub ki, bu da baş məşqçi məsələsini yenidən gündəmə gətirib. Komanda Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button