“Qarabağ”ın rəqibinin planında dəyişiklik: Yoxlama oyunu keçirəcəklər

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubunun planında dəyişiklik olub.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, APOEL Bakıda keçiriləcək cavab maçtından əvvəl yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci liqa təmsilçisi “Ayia Napa” klubu ilə qarşılaşacaq Nikosiya təmsilçisinin baş məşqçisi Paolo Trametsi, ölkə çempionatı start götürmədiyindən, belə bir matçın cavab oyunundan əvvəl faydalı olacağını düşünür. Yoxlama matçının sabah və ya birigün keçirilməsi nəzərdə tutulur.

APOEL-lə “Qarabağ” arasındakı ilk matç bu gün Nikosiyada keçiriləcək və saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button