“Qarabağ”ın rəqibində ayrılıq – “Şaxtyor”a keçdi

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi olan “Ferentsvaroş”un (Macarıstan) və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Donetsk “Şaxtyor”una keçib.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tansferin detalları açıqlanmayıb.

Zubkovun “Ferentsvaroş”la müqaviləsi 2024-cü ilədək idi, amma komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.

“Ferentsvaroş”la “Qarabağ” arasında Bakıda keçirilmiş ilk oyun heç-heçə yekunlaşıb – 1:1. Cavab matçı avqustun 9-da, Macarıstanın paytaxtındakı “Groupama Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button