“Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

Futbol üzrə İrlandiya çempionatında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Dandalk” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Senkt Patriks”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qalib ayrılıb – 1:0. Oyundakı yeganə qolu 52-ci dəqiqədə Con Mauntni vurub.

Qeyd edək ki, “Qarabağ”la “Dandalk” arasında İrlandiyada baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1. Cavab qarşılaşması iyulun 31-də “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button