“Qarabağ”ın rəqibi onun üçün 73,5 milyon avro ödəməyə hazırlaşır

“Bornmut”un vingeri Antuan Semenyo karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi artıq “Bornmut”a 25 yaşlı futbolçunun 73,5 milyon avroluq buraxılış maddəsini aktivləşdirmək istədiyini bildirib.

“Bornmut” isə bu məlumatın ictimailəşməsindən narazıdır. Klub rəhbərliyi oyunçunun satışı qaçılmaz olarsa, transfer pəncərəsinin ilk iki həftəsində prosesi yekunlaşdırmaq istəyir.

Semenyo özü də komandadan ayrılmaq və UEFA Çempionlar Liqası səviyyəsində çıxış edən bir kluba keçmək niyyətindədir. O, cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button