“Qarabağ”ın gəncləri “Napoli”yə uduzdular

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda 5-ci turda İtaliyada “Napoli”nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə uduzub.

Sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.

Xatırladaq ki, əvvəlki 4 qarşılaşmada uduzan “Qarabağ”ın U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button