
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la matçın ən yaxşısı seçildi
UEFA Çempionlar Liqasının 7-ci turunda keçirilmiş “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisinin oyunçusu Kamilo Duran bu ada layiq görülüb.
O, sözügedən matçda iki qol vurmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
“Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



