“Bunları etsək, düşündüklərimizə nail ola bilərik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:

  • Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Hansı ki, növbəti mərhələni təmin edib. Bizim üçün çox vacib oyundur xal baxımından. Bizim üçün hər oyun vacib olub. Çalışmışıq ki, çatışmayan cəhətlərimizi düzəldək, yaxşı oyun sərgiləyək. Yaxşı komandaya qarşı oynayacağıq. 90 dəqiqə meydanda bacarıqlı olmağa, sona qədər mübarizə aparmağa çalışacağıq.
  • Maksim Medvedevin durumu nə yerdədir?
  • Maksimin durumu heç də pis deyil, oynamaq ehtimalı çoxdur.
  • 2 il əvvəl “Atletiko” səfərində uğurlu nəticə qazanmışdız.
  • 2 il əvvəl “Atletiko” səfərindən xalla qayıtdıq. Ancaq komandalar fərqlidir. Çox istərdik ki, 90 dəqiqə meydanda yaxşı və intizamlı oyun göstərək.
  • “Sevilya” növbəti mərhələyə çıxıb artıq. Bu, sizin üçün asan olacağı anlamına gəlirmi?
  • “Sevilya” nadir komandalardandır ki, belə şey haqda düşünmür. Hər oyun maksimum çalışır ki, qalib gəlsin, rəqibə pressinq etsin. Biz Bakıda bunun şahidi olduq. Düşündüklərim bu gün baş məşqçilərinin fikirləri ilə üst-üstə düşdü. Qarşılarına qoyduqları məqsədlərə çatsa da, yaxşı oynamağa çalışırlar. Rəqibdən də bunu gözləyirik.
  • “Qarabağ” buradan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?
  • Hər zaman öz oyun üslubumuz var. Çalışırıq ki, bundan çıxmayaq və istənilən rəqibə qarşı göstərək. Bəzi rəqiblər fərqlidir və durum da başqa olur. Bu rəqibə qarşı az boşluq verməliyik. Çünki yaradıcı və sürətli oyunçuları var. İstərdik ki, bizim üçün uğurlu nəticə qazanacaq. Əsas olan rəqibi düzgün dəyərləndirib, düzgün oynamaqdır. Bunları etsək, düşündüklərimizə nail ola bilərik. Heyətdə bəzi dəyişikliklər ola bilər. Çalışırıq ki, intizamlı oynayaq.
  • Bu gün sizi narahat edən nədir?
  • Narahat edən heç nə yoxdur. Ancaq hər zaman narahat olduğum futbolçuların optimal formalarından uzaq olmasıdır. Bəzən zədəyə, bəzən də sıx qrafikə görə belə olub. Bu gün bu barədə düşünmürəm. Bütün diqqətimiz sabahkı oyunadır. Tam hazır olanları meydana buraxıb, mübarizə aparmağa çalışacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button