“Qarabağ”dan növbəti qələbə

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 12-ci tur başa çatıb.

Komanda.az xəbər verir ki, son oyunda liderlər qrupuna iddia edən “Qarabağ” autsayder “Təhsil”lə qarşılaşıb.

“Qarabağ” bu qarşılaşmada 41:33 hesablı qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb.

Turun digər matçında “Bakı” sensasiyaya imza atıb. Bir tur əvvəl lider “Kür”ə qalib gələn “Azəryol” gözlənilmədən paytaxtın eyniadlı komandasına məğlub olub – 25:35. “Kür” isə “İdman Akademiyası”ndan (40:29) güclü olub.

Bu nəticələrdən sonra “Kür” 19 xalla liderliyini davam etdirib. “Bakı” xallarının sayını 16-ya çatdıraraq, ikinci pilləyə yüksəlib. “Azəryol” 14, “Qarabağ” 13 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button