“Qarabağ” rekordunu təkrarlayıb

“Qarabağ” Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna 34-cü turda “Zirə”ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.

“Köhlən atlar” çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.

Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

“Köhlən atlar” son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button