
“Qarabağ” – “Neftçi” oyununda mövsümün ikinci göstəricisi qeydə alınıb
Azərbaycan Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında 23-cü turun görüşündə daha çox seyrçi olub.
“Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. 15-ci turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Seyrçi sayında 4-cü nəticə 9-cu turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.
Bizi Facebook-da izləyin



