“Qarabağ” “Keşlə” önünə Geryesiz çıxacaq

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Keşlə”ni qəbul edəcək “Qarabağ” bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin haitili müdafiəçisi Donald Gerye qarşıdakı matçı buraxmalı olacaq. O, ötən turun “Sabah”la görüşündə (3:0) sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək “Qarabağ” – “Keşlə” oyununa saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button