Türkiyə klubu Van Daykdan əl çəkmir

“Qalatasaray” “Liverpul”un müdafiəçisi Vircil van Dayk transferi ilə bağlı planlarından vaz keçmir. İstanbul təmsilçisi oyunçunu bu yay heyətinə qatmaq üçün növbəti addımı atmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “cim-bom” rəhbərliyi yaxın həftələrdə “qırmızılar”ın kapitanı üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Bununla belə, Mersisayd klubunda müdafiənin lideri ilə yolların ayrılması ehtimalı demək olar ki, nəzərdən keçirilmir. Rəhbərlik 34 yaşlı oyunçunu komandanın vacib simalarından biri hesab edir və onun gedişinə isti yanaşmır.

Niderlandlı müdafiəçi ötən mövsüm “qırmızılar”ın heyətində 55 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti gələn il başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button