“Qalatasaray” onunla danışıqlara başladı – Rəsmi

“Qalatasaray” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fulhem”dən Jan Mikael Seri ilə danışıqlara başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seri 2019/20 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirəcək.

Seri, 2017-ci ilin yayında 30 milyon avro qarşılığında “Nitsa”dan “Fulhem”ə keçmişdi. Son mövsümdə Premyer Liqada 32 oyunda iştirak edən 27 yaşlı yarımmüdafiəçi, bir qolla yadda qalıb.