“Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyirəm” – Aquero

“Mançester Siti”nin və “Barselona”nın keçmiş hücumçusu Serxio Aquero Argentina millisi ilə dünya çempionatına getmək istədiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, Aquero, “Radio 10”-a açıqlamasında, artıq bu barədə milli komandanın baş məşqçisi ilə danışdığını da bildirib:

“Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyirəm. Bu həftə görüşümüz olacaq. Mən orada olmaq istəyirəm. Məşqçilər korpusuna daxil olmaq niyyətim var. Artıq baş məşqçi Skaloni ilə danışmışam. Biz cəhd etməliyik. Reallıq budur ki, dünya çempionatına getsəm, uşaqlarla birlikdə olacam və məşq edəcəm. Problem deyil. Onları motivasiya etmək üçün orda olmaq istəyirəm”.

Aquero cari mövsümün gedişində ürəyində yaranan problemə görə “Barselona”dan ayrılıb və futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button