“Qəbələ” narahat rəqibdir” – “Fehervar” rəsmisi

“Azərbaycan klubları hər zaman digərləri ilə yanaşı, braziliyalı futbolçulara üstünlük verməsi ilə seçilib və hazırda “Qəbələ”nin heyətində bir neçə yüksək səviyyəli legioner var”. 

Komanda.az xəbər verir ki, bunu “Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubunun idman direktoru İştvan Saploy püşkü dəyərləndirərkən deyib.

Klub rəsmisi bildirib ki, “qırmızı-qaralar”ın heyətində də daim rəqibi təhlükə altında saxlayan 4 braziliyalı çıxış edir:

“Qəbələ” narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik”.

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button