“Qəbələ”nin futbolçusu qızıl medal qazandı

“Qəbələ”nin futbolçusu Omar Hani İordaniya U-23 millisinin heyətində Səudiyyə Ərəbistanında keçirilən WAFF turnirinin qalibi olub.

Komanda.az xəbər verir ki, Haninin çıxış etdiyi yığma həlledici oyunda Səudiyyə Ərəbistanını məğlub edib – 3:1.

Hani matçın 2-ci hissəsində meydana daxil olub.