“Sabah” “Neftçi”yə, “Şamaxı” “Səbail”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk tura start verilib.

Komanda.az xəbər verir ki, 19-cu turun ilk matçı Gəncədə keçirilib. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” “Qəbələ”ni qonaq edib. Avrokuboklara vəsiqəni hədəfləyən Qəbələ təmsilçisi bu oyuna favorit kimi çıxmışdı. Amma gəncəlilər ilk hissədə vurduqları iki qolla qonaqların işini çətinə salıb. “Qəbələ” ancaq fasilədən sonra buraxılan qollarını əvəzini çıxmağı bacarıb – 2:2.

Turun daha iki oyunu dünən keçirilib. Lider “Qarabağ” Tovuzda “Turan Tovuz”un qonağı olub. Beş qolun qeydə alındığı matçda qələbəyə qonaqlar seviniblər. “Köhlən atlar” xal itkisindən yalnız oyunun son dəqiqələrində vurulan qol sayəsində xilas ola biliblər.

“Zirə” isə bu tur doğma meydanda “Sumqayıt”ı qəbul edib. Rəşad Sadıqovun komandası avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Qəbələ”nin xal itkisindən maksimum yararlanmağa çalışıb. Sözügedən komanda turu əzmkar qələbə ilə başa vurub.

Tura yanvarın 26-da yekun vurulub. Günün ilk matçı Şamaxıda keçirilib. “Səbail” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Görüşdə hesabı qonaqlar açsalar da, meydan sahibləri matçın sonlarına kimi iki qol vuraraq, üç xalı aktivlərinə yazdırıblar.

Turun son matçı isə Masazırda baş tutub. “Sabah” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası, 19-cu tur

24 yanvar

Kəpəz – Qəbələ 2:2
Qol:
Ahmed Ayzaya, 18-pen. Martins Junior, 42-pen – Ruan Renato, 63. Ülvi İsgəndərov, 79.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu, 14:00

Kəpəz: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

25 yanvar

Turan Tovuz – Qarabağ 2:3
Qol:
Runi Eva, 23. Ehtiram Şahverdiyev, 85 – Musa Qurbanlı, 10. Ramil Şeydayev, 27. Bəhlul Mustafazadə, 89.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov

Zirə – Sumqayıt 3:1
Qol:
Dmitrios Çantakias, 50. Loris Broqno, 73. Toni Qomes, 79 – Vüsal İsgəndərli, 4.
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 16:30

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar,
Baş məşqçi: Samir Abasov

26 yanvar

Şamaxı – Səbail 2:1
Qol:
Emil Qasımov, 57. Amil Yunanov, 90-pen – Qoba Zakpa, 33.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 14:00

Şamaxı: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihat Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov
Baş məşqçi: Vüqar Əsgərli

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa. 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 99. David Qomis
Baş məşqçi: Şahin Diniyev

Sabah – Neftçi 2:0
Qol: Coy Lens Mikels, 7-pen. Aleksey Kaşuk, 37.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 19:00

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button