PSV-dən Super Liqa klubuna

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Hollandiyanın PSV klubundan Aziz Behiçi transfer edib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Avstraliya yığmasında da forma geyinən Behiçlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçu daha öncə Türkiyədə “Bursaspor”un da formasını geyinib (2013-2018-ci illər aralığında). O, PSV-yə də məhz Bursa təmsilçisindən transfer edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button