PSJ futbolçusuna 70 milyon avro qiymət qoyub

PSJ-nin cinah oyunçusu Bredli Barkola yay transfer dövründə komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı futbolçunu ən azı 70 milyon avroya satmağa hazırdır. Oyunçunun “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Barselona”ya təklif olunduğu bildirilir. Hazırda isə “Bayern” onun transferi uğrunda mübarizədə ön plandadır.

Barkola 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button