Vinisius tələsmir

“Real”ın hücumçusu Vinisius Junior klubla yeni müqavilə imzalamağa tələsmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər braziliyalı vingerlə “kral klubu” arasında razılığın əldə olunmasına dair xəbərlər yayılsa da, jurnalist Ramon Alvares de Mon bunun həqiqəti əks etdirmədiyini bildirib. Mənbənin məlumatına görə, futbolçunun ətrafı bu cür yanlış informasiyaların yayılmasından narazıdır.

26 yaşlı futbolçunun nümayəndələri “Real” rəhbərliyi daha sərfəli maliyyə şərtləri təklif etməyənə qədər yeni müqavilə ilə bağlı danışıqlara başlamayacaqlar.

Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. O, ötən mövsüm “Real”ın heyətində keçirdiyi 53 oyunda 22 qol vurub, 14 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button