
ÇL: “Sabah” bu gün Finlandiya klubu ilə qarşılaşacaq
“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.
Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Oyunun baş hakimi polşalı FİFA referisi Lukaş Kujma olacaq.
Cütün qalibi növbəti mərhələdə “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



