MY Kone üçün danışıqlara başlayıb

“Roma”nın yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı futbolçunun transferi üçün “Roma” ilə rəsmi danışıqlara başlayıb. Paytaxt təmsilçisi yarımmüdafiəçinin keçidi üçün 60 milyon avro tələb edir.

Konenin xidmətində “Arsenal” da maraqlıdır. Ancaq hazırda transfer yarışında “qırmızı şeytanlar”ın londonluları qabaqladığı bildirilir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Manu Konenin bazar dəyəri 50 milyon avrodur. O, ötən mövsüm “Roma”nın heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Kone 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 5 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button