
“Morqan “Çelsi” üçün əla transfer olar” – Keçmiş futbolçu
“Aston Villa”nın sabiq futbolçusu Qabriel Aqbonlahor, keçmiş komandasının vingeri Morqan Rocersin “Çelsi”yə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Talk Sport”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq forvard, “Aston Villa”nın bu keçiddən böyük qazanc əldə edəcəyini bildirib:
“Bu, “Çelsi” üçün əla transfer olar. Mən bu oğlanın oyununu çox bəyənirəm. Onun meydanda etdiklərinə baxın, vurduğu qollara diqqət yetirin. Daha çox qol vura bilərdimi? Bəli. Amma statistikaya ilişib qalmayın. O, istənilən təzyiq altında topu qəbul edə bilir. Güclü sürətlənməsi ilə müdafiə xəttini yarmaq bacarığına malikdir”.
Morqan 2025/26 mövsümündə “Aston Villa”nın heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib. 24 yaşlı futbolçunun “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-na qədərdir.
Bizi Facebook-da izləyin



