
Mikels: “Özümü hücumçu kimi daha rahat hiss edirəm”
“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda sabah “KuPS”u (Finlandiya) qəbul edəcək.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Konfransda iştirak edən komandanın almaniyalı hücumçusu Coy-Lens Mikels də fikirlərini bölüşüb:
“Məşqçi məni hansı mövqedə oynatsa, hazıram. Amma özümü hücumçu kimi daha rahat hiss edirəm. Bəli, vinger mövqeyində də çıxış etmişəm. Amma indiki halda hücumçu kimi daha rahatam və komandama daha çox fayda verə bilirəm.
Rəqabət hiss edirəm. Məşqlərdə ən yaxşı tərəfdən özümüzü göstərməliyik ki, məşqçi bizi seçsin.
Sabah maraqlı bir qarşılaşma olacaq. Böyük səbirsizliklə gözləyirik. Bu, bizim üçün xüsusi haldır. Rəqib çox güclüdür, amma biz bir həftə ərzində onları təhlil etmişik. Məşqçimiz bizi bu oyuna hazırlayıb və mən ümid edirəm ki, sabah biz qalib gələcəyik”.
“Sabah” – “KuPS” matçı Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Oyunun start fiti saat 20:00-da səslənəcək. Cavab matçı bir həftə sonra Finlandiyada olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



